Mercedes-Benz şirkətinin daxil olduğu Daimler AG konserni Böyük Britaniyada yeni şinlərin su ilə soyudulması və ya qızdırılmasını həyata keçirən sistemin patentini qeydə alıb. Bu barədə məlumatı “AutoGuide” nəşri xəbər verib. Patentin təsvirindən göründüyü kimi, su ayrıca çəndə saxlanacaqdır. Şinlərin temperaturuna nəzarət edən sensorlar lazım olduqda xüsusi üç forsunka vasitəsi ilə suyu təkərlərin səthinə çiləyəcəkdir.

Bunun sayəsində isti hava şəraitində yüksək sürətlər hərəkət edən zaman şinlərin həddən artıq qızmasının qarşısı alınacaqdır.Bundan başqa, sistem soyuq hava şəraitində şinlərin təzyiqinin düşməsinin və buzlanmanın qarşısının alınması üçün isti su ilə də çilənə bilər. Su çəni avtomatik olaraq, şüşəsilənin istifadə etdiyi su ilə, həmçinin yağış və ya qar zamanı alın və arxa şüşəsindən axan su ilə doldurula bilər.

Bildiyimiz kimi, keçən il Good Year şirkəti təkərlərin yırğalanmasından əldə edilən elektrik enerjisini toplayan konseptual şinləri nümayiş etdirmişdir. Elektrik enerjisi təkərlərin hərəkət zamanı yol səthi ilə ilişməsindən hasil edilən istilikdən alınır.

Yaradıcıların fikrincə bu texnologiyanı gələcəkdə hibrid və elektrokarlarda istifadə etmək mümkün olacaqdır.