Mercedes-Benz şirkəti yeni dəbdəbəli konsept avtomobilinin ilk tizerini dərc edib. Prototipə həsr edilmiş videoçarx istehsalçının YouTube kanalında nümayiş etdirilir.

"Carscoops" nəşrinin ehtimallarına görə, videoçarxda Vision Mercedes-Maybach 6 konseptual kupesinin açıq kuzovlu variantı təsvir olunmuşdur. Buna əsasən, sükan çarxı və cihazlar paneli, həmçinin kuzovun bir sıra dekoratib elementləri işarə edir. Konsept avtomobilinin Kaliforniyada keçiriləcək Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində təqdim ediləcəyi gözlənilir.

Keçən il təqdim edilmiş Vision Mercedes-Maybach 6 konsepti tamamilə elektrik güc qurğusu ilə təchiz olunurdu. Tərkibinə dörd elektrik mühərriki daxil olan qurğu 750 at qüvvəsi hasil edirdi. İstehsalçının sözlərinə görə, konsept yerindən 100 km/saat həddinə dörd saniyədən az bir müddətdə sürətlənə bilər. Onun maksimal sürəti isə, elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Vision Mercedes-Maybach 6 konseptinin yürüş ehtiyatı 500 kilometrdir. Xüsusi doldurma qurğusunun köməyi ilə 5 dəqiqə ərzində bu məsafəni 100 kilometrə qədər artırmaq mümkündür.