Ferrari şirkətinin istehsal etdiyi 488 GTB sportkarı bu markanın azarkeşləri arasında xüsusi olaraq populyardır. Bu səbəbdən də tüninq mütəxəssisləri bu avtomobilə xüsusi diqqət yetirirlər. Belə atelyelərdən biri də Misha Designs firmasıdır.

Atelye mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş sportkar, onun görkəminə aqressiya bəxş edən və karbondan hazırlanan aerodinamik kuzov dəstinə sahib olmuşdur. Bu dəstin tərkibinə hava axının bölünməsinə cavabdeh olan aerodinamik elementləri və yan çəpərcikləri olan yeni ön bamper, iki geniş spoylerə, diffuzor və tünd rəngli çıxış boruları quraşdırılmış tam yeni arxa bamper daxildir. Əlavə olaraq, sportkar mərkəzi hava girişi olan ön kapota, tutqun gümüşü rəngli kuzova və 20-düymlük parlaq qara rəngli təkər disklərinə sahib olmuşdur. Aerodinamik dəstin karbondan hazırlanmış elementləri rənglənməyərək açıq rəngli kuzovla kontrast təşkil edi

Ferrari 488 GTB modeli 661 at qüvvəsi gücü və 760 Nm fırlanma anı olan 3,9-litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir.  Güc aqreqatı iki muftalı 7 pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Ferrari 488 GTB yerindən 100 km/saat həddinə sürətlənməyə 3,0 saniyə, 200 km/saat həddinə isə 8,7 saniyə sərf edir. Sportkarın maksimal sürəti 325 km/saat təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt