Şəkildə təsvir edilmiş Mazda Cosmo 110S kupesi 1967-ci ildə istehsal edilmiş Cosmo Series I seriyasından olan 343 avtomobildən biridir. Eyni zamanda, bu avtomobil, qısa bazalı Series Middle xəttinin bir hissəsi, lakin kosmetik fəndlərə malik olan unikal kupelərdən biri sayılır. Bu fəndlərə misal olaraq, ön qanadlardakı havalandırma dəliklərini göstərmək olar.

Mazda Cosmo 110S kupesinin kuzovu gümüşü haşiyələri olan narıncı rəngə boyanmışdır. Avtomobilin salonu isə iki rəngli sxemlə tərtib edilmişdir: qara rəngli dəri ilə örtülmüş oturacaqlar ag rənli işləmələrə malikdirlər. Kupenin cihazlar paneli vinil ilə örtülmüşdür. Bundan başqa, salonda ağac ilə işlənmiş Nardi sükan çarxını görmək mümkündür. Kupe 110 at qüvvəli 1,0-litrlik rotor mühərriki və dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdir. Faktiki olaraq, Cosmo modeli rotor mühərriki ilə təchiz edilən ilk Mazda avtomobili olmuşdur.  Hazırda kupenin odometrində 54270 kilometrlik yürüş göstəricisi vardır. Avtomobil eBay hərracına britaniyalı satıcı tərəfindən çıxarılmış və 99995 funt-sterlinqə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt