Dünən Tesla şirkətinin Gremontdakı zavodundan ilk Model 3 elektromobilinin ilk nüsxəsi çıxlb. İlk yığcam elektromobil markanın rəhbəri İlon Maska qismət olmub. Bu barədə Mask Twitter şəbəkəsindəki səhifəsində yazıb.

Maskın sözlərinə görə, ilk öncədən edilmiş və ödənilmiş sifariş Tesla şirkətinin direktorlar şurasının üzvü və Silisium vadisindəki bir çox firmaların sərmayədarı olan Ayra Erenpraysa mənsubmuş. Lakin Erenprays, növbədəkini yerini Maska 46 yaşı gününə hədiyyə olaraq vermişdir. Bundan sonra Tesla şirkətinin rəhbəri elektromobilin tam dəyərini ödəyib.

Eyni zamanda Mask, Tesla şirkəti 28 iyul tarixində Model 3 modelinin 30 sifarişçisi üçün xüsusi gecə hazırladığını bildirib.  İstehsalçı avqust ayında ilk 100 müştərisinə elektromobilləri çatdırmağı planlaşdırır. Sentyabr ayında isə bu rəqəm 1500 nüsxəyə çatmalıdır.  Dekabr ayında isə konveyeri tam gücünə (ildə 20 min elektromobil) çatdırmaq nəzərdə tutulub.

Xatırladaq ki, Tesla Model 3 elektromobilinin təqdimatı aprel ayında keçirilmişdir. Bu tarixdən bir ay sonra yığcam model üçün 400 min öncədən sifariş qəbul edilmişdir. Model 3 yeni platformada yığılıb və dolu batareyalarla 345 kilometr qət etmək iqtidarındadır. Modelin baza variantı 60 mil/saat həddinə altı, top variantı isə dörd saniyəyə sürətlənnir.  Elektromobilin satış qiyməti 35 min dollardan başlayır.