BMW şirkəti Şanxayda keçirilən sərgidə M4 modelinin ən güclü modifikasiyası olan 460 at qüvvəli CS variantını təqdim etmişdir. Yeni modifikasiya M4 Competition Package və M4 GTS modellərinin arasında yer alacaqdır.

Məhdudlaşdırılmış GTS modelinin bütün nüsxələrinin satıldığını nəzərə alsaq, M4 CS modeli hazırda M4 xəttinə başçılıq edəcəkdir. M4 Competition Package modeli ilə müqayisədə 3,0-litrlik iki turbokompressorlu mühərrikinin gücü 10 at qüvvəsi, fırlanma anı isə 50 Nm artmışdır.Yeddi pilləli Drivelogic funksiyalı M DCT “robotu” ilə tandemdə çalışan turbomühərrik kupeni 100 km/saat həddinə 3,9 saniyəyə sürətləndiri ki, bu da  M4 Competition kupesindən 0,1 saniyə yeyindir. Yeni modifikasiyanın maksimal sürəti 280 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır.

Bu modifikasiya mexaniki qutu ilə təklif edilməyəcəkdir. Alman şirkətindən verilən məlumatda M4CS modelinin Nürburqrinqiт "Şimal ilgəyini" 7 dəqiqə 38 saniyəyə qət etdiyi bildirilmişdir.

Bu adi M4 modelindən 14 saniyə yeyindir.  Müqayisə üçün, M4 GTS modifikasiyası treki 7 dəqiqə 27,88 saniyəyə qət etmişdir. Adi M4 modeli ilə müqayisədə CS modifikasiyası 30 kiloqram yüngüldür. Onun çəkisi 1580 kiloqram təşkil edir. Buna kapot və damın karbonla gücləndirilmiş plastikdən hazırlanması hesabına nail olunmuşdur.Eyni zamanda, avtomobilin salonunda daha yüngül qapı panellərini,  metal qapı dəstəklərinin əvəsinə parça dəstəkləri, sadə audio sistemi və bir zonalı klimat-kontrolu görmək olar.  M4 CS modelinin digər seçilən xüsusiyyətləri yüngülləşdirilmiş 19 (öndə) və 20-düymlük (arxada) təkər diskləri, həmçinin bir sira kuzov parçalarıdır.

Məhdud sayda buraxılacaq modifikasiya Almaniyada 117 min avroya satılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt