BMW şirkəti iri yolsuzluq avtomobilinin prototipini təqdim edib. BMW Concept X7 iPerformance adını almış konsept altı nəfərlik salona və məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatına sahib olub. Konseptin kütləvi təqdimatı Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır.

Hazırda konsept şoukar qismində çıxış edir. Alman şirkətindən avtomobilin hibrid olduğu, 23-düymlük təkər diskləri, lazer fənərləri, iri panoram tavan, 12,3 düymlük rəqəmsal cihazlar paneli, altı nəfərlik oturacaqlarla və sensorlu ekranı olan multimedia sistemi ilə təchiz edildiyini bildiriblər. Hər bir sərnişin oturacağı fərdi şəkildə tənzimlənə bilər. Multimedia sistemi bir sərnişindən digərinə məlumatın ötürməsinə imkan verir.

Misal üçün, öz planşetinizdən audiosistemə bəyəndiyiniz saundtreki ötürə bilərsiniz. Yaxud, öxuduğunuz məqaləni digər monitora və ya elektron poçtunuzdakı ünvanı naviqasiya sisteminə göndərə bilərsiniz.

İlkin məlumata görə, BMW X7 modeli X5 modelinin uzadılmış və təkmilləşdirilmiş platformasında  inşa ediləcəkdir. 

Bununla belə, avtomobilin əksər komponentləri yenidən yaradılacaqdır. Modelin nəinki dəbdəbəli dörd fərdi oturacaqlı variant, eyni zamanda  yeddi nəfərlik modifikasiyası da olacaqdır.

Seriya krossoverinin mühərrik çeşidinə alman şirkətinin digər modellərindən tanış olan altı və səkkiz silindrli güc aqreqatları, həmçinin hibrid güc qurğusu daxil ediləcəkdir. V12 mühərriki olan modifikasiyanın da buraxılacağı istisna edilmir. BMW X7 modelinin seriya variant 2018-ci ildə işıq üzü görməlidir.

Avtomobilin istehsalı, alman istehsalçısının ABŞ-ın Spartanburq şəhərindəki zavodunda yerləşdiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt