Chevrolet şirkəti Şanxaya «çox məqsədli konseptual idman avtomobili» adlandırdığı FNR-X konseptini gətirmişdir. Konseptin adındakı ilk üç hərf «Find New Road», yəni «yeni yollar axtar» mənasını daşıyır. Eyni sloqandan istehsalçı son illərin reklam kampaniyalarında da istifadə edir.

Konseptin adındakı «X» hərfi isə onun krossover olduğuna işarədir. Amerikanların bildirdiyinə görə, avtomobilin hər bir sistemi konkret hərəkət şəraitinə uyöun olaraq tənzimlənə bilər. Bundan başqa, krossover aktiv aerodinamikaya da malikdir. Elektronika radiator barmaqlığındakı xüsusi çəpərləri və təkər disklərindəki qalxanları, ön və arxa spoylerləri tənzimləyir, həmçinin yan «ətəklərin» vəziyyətini dəyişir. Hər bir hərəkət rejimində sistem ən aşağı aerodinamik müqaviməti əldə edərək yanacağa qənaət etməyə şərait yaradır.

Prototip doldurulan hibrid güc aqreqatı ilə təchiz edilmişdir. Lakin, istehsalçı onun xarakteristikalarını açıqlamamışdır. Bu qurğunun iki rejimə malik olduğu məlumdur.

Bunlar adi (Versatility) və idman (Sport) rejimləridir. Avtomobilin asqı sistemi və klirensi də tənzimlənə bilir. Bundan başqa avtomobil, hətta mürəkkəb yol şəraitində belə çalışan avtopilot sisteminə və 270 dərəcəlik tamamlanmış reallıq təsvirləri göstərən proyeksiya sisteminə də sahibdir.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt