Formula 1 çempionatının qalibi olmuş britaniyalı Deymon Hill qəribə bir vəziyyətlə üzləşib. Axşam Bakıda gəzərkən o, avtomobilini təmir etməyə çalışan bakılıya kömək etmək istəyib. Lakin, oğlan bu yardımdan imtina edib.

Bu barədə xəbəri eks-çempion Drivetribe portalında yerləşdirib. Hadisənin Azərbaycan Qran Prisinin keçirildiyi günlər baş verdiyi şübhə doğurmur. Çox güman ki, avtomobil qəflətən xarab olmuş və sahibi onu tez təmir etməyə çalışırmış. Onun dilxor olmasının səbəblərindən biri də avtomobilin salonunda xanımın oturmasıymış.

“Bu bədbəxt oğlan öz xanımını axşam gəzintisinə apardığı zaman, öz Lada avtomobilinin kollektrounu dəyişmək məcburiyyətində qalmışdır.  Mən öna kömək etməyi təklif etdim, amma deyəsən, bununla onun qadını qarşısında bir qədər pərt etmiş oldum. Ona görə də, bolt açarı ilə zərbə almadan ordan uzaqlaşaraq kütləyə qarışdım” – Deymon Hill yazmışdır.

Xatırladaq ki, Deymon Hill məşhur pilot Qrem Hillin oğludur və 1996-cı ildə Williams komandasının tərkibində dünya çempionu titulunu qazanmışdır.