Forsaj filminin yeni hissəsinin saundtreklərindən biri olan Lil Uzi Vert, Quavo və Travis Scott’un Go Off mahnısına çəkilmiş musiqili çarxda Dodge Challenger kupesinin ekstremal variantı olan SRT Demon modifikasiyası göstərilmişdir. Əlavə olaraq, bu gün istehsalçı avtomobilin buraxılış sisteminin səsi olan videoçarxı yaymışdır.

Videoçarxda avtomobilin bir hissəsi nümayiş olunur. SRT Demon modelinin ön hissəsinin, yuxarıdan və bernaut zamanı çəkilmiş görüntüləri vardır. Bildiyimiz kimi, Dodge şirkəti yanvar ayından başlayaraq davamlı şəkildə Challenger SRT Demon modelinin tizerlərini yaymaqla məşğuldur. Hal-hazırda bu modelin dreq üçün şinlərlə təchiz edilmiş ilk və yeganə seriya avtomobilinin olduğu məlumdur. Bundan başqa, Demon modelinin kapotda olan ən iri hava girişinə, salondakı yegənə oturacağa və avtomobili dreq yarışlarına hazırlamaq üçün gərək olan xüsusi alətlər dəstinə malik olduğu bildirilmişdir. 

Şaiyələrə görə, Challenger SRT Demon 757 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Ekstremal kupe yerindən 60 mil/saat (96 km/saat) həddinə üç saniyəyə sürətlənəcəkdir. Ekstremal Dodge Challenger SRT Demon modeli 11 aprel tarixində Nyu-Yorkda keçiriləcək avtosalonda təqdim ediləcəkdir. Forsaj filminin yeni hissəsi isə təqdimatdan bir gün sonra ekranlara çıxacaqdır.