Turində yerləşən Gram Torino Engeenering atelyesi digər italyan tüninq atelyesi olan Giannini Automobili firmasının 100 illik yubileyinin şərəfinə 350 at qüvvəli Fiat 500 hetçbekini hazırlamışdır. Bu barədə xəbəri Motor1.com saytı yaymışdır.

Giannini 350 GP Anniversary adını almış hetçbek demək olar ki, orijinal avtomobildən tamamilə fərqlənir.

Hetçbek karbondan hazırlanmış kuzov panellərinə, altı porşenli Brembo əyləc mexanizmlərinə, yarış asqısına və Öhlins amortizatorlarına sahib olmuşdur. Hetçbek Alfa Romeo 4C modelindən alınmış 1,75-litrlik dörd silindrli turbomühərriki ilə hərəkətə gəlir.

Tünerlərin müdaxiləsindən sonra mühərrikin gücü 350 at qüvvəsinə qədər artırılmışdır. Bundan başqa, adi Fiat 500 hetçbeki öndən çəkişli olduğu halda Giannini 350 GP Anniversary arxadan çəkişlidir.  

Cəmi 100 ədəd belə avtomobil buraxılacaqdır. Onların hər biri minimum 150 min avroya satılacaqdır. Avtomobilin kütləvi təqdimatı Vallelunqa trekində keçiriləcəkdir.