Cənubi Korayanın avtomobil şirkətlərindən biri olan KİA yeni yığcam krossoveri istehsal edəcəyi barədə bəyanat vermişdir. Yeni avtomobil Avropada bu ilin sonunda KİA Stonic adı ilə satılacaqdır.

Bu bəyənatın təsdiqi olaraq istehsalçının mətbuat xidməti yeni modelin rəsmi dizayn sketçlərini dərc etmişdir.  Təsvirlərdən göründüyü kimi, yeni krossover aqressiv və cəlbedici görünüşə malik olacaqdır. Doğrudur, sketçlərdə təsvir edilənləri əksər halda seriya avtomobillərində əksini tapmır, lakin ümid edək ki, yeni krossover qaydalardan istisna olacaqdır.

Yeni model barədə ətraflı məlumat verilməsə də, bu krossoverin yeni nəsil Rio modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş modifikasiyası ilə eyni platormada yaradılacağı şirkət daxilindəki mənbələr tərəfindən təsdiq edilmişdir. Çox güman ki, yeni krossover Rio modelinin mühərrik çeşidini və avadanlıq siyahısını da əldə edəcəkdir.

Image alt Image alt Image alt