Autocar nəşrinə müsahibə verən Lamborghini şirkətinin başçısı Stefano Domenikali növbəti nəsil Huracan superkarının qoşulan hibrid olacağını bildirib. 2022-ci ildə debüt edən superkar yüngül akkumulyatorlara malik olan və elektrik ötürməsi ilə hərəkət edə bilən radikal yeni güc qurğusunu əldə edəcəkdir.

Hazırda istehsalçı yeni layihə çərçivəsində Massaçusets texnologiya universiteti ilə əməkdaşlıq edir. İtalyanlar bu layihənin “üçüncü minilliyin superkarlarının əsaslarını” qoyacağını bildiriblər. İtalyan markasının səylərini yeni kompozit materialların, enerjinin alternativ mənbələrinin və yüksək tutumlu akkumulyatorların yaradılmasına yönəldiləcəyi gözlənilir.

Lamborghini şirkətinin tədqiqatlar və işləmələr bölümünün rəhbəri Maruisio Reggiani şirkətin yaxın dörd-beş il ərzində superkarların hibridləşdirilməsinin optimal yollarını tapmaq niyətində olduğunu bildirib. Reggiani hazırda hibrid texnologiyalarının lazımi qədər effektiv olmadığını qeyd edib. Onun fikrincə, hibrid superkar trekdə yavaş olmaqla bərabər, adi superkara nisbətən az dövrə vuracaqdır.

Lamborghini şirkətinin hibrid güc qurğusu ilə təchiz edilən ilk avtomobilinin 4 dekabr tarixində debüt edəcək Urus krossoverinin olduğu bildirilib. Lamborghini Urus krossoveri Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən modul platformasında inşa ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt