Manhart atelyesi qaynar Mercedes-AMG C63 Coupe modeli üçün tüninq proqramını hazırlamışdır. Atelye mütəxəssislərinin səyi nəticəsində qaynar kupenin mühərriki 700 at qüvvəsinə malik olmuşdur.

Tüninq ustalarının bildirdiyinə görə, avtomobilin standart mühərriki yeni turbokompressorlar və yenidən proqramlaşdırılmış elektron idarəetmə blokunu əldə etmişdir. Bundan əlavə, yanacaq sistemi və buraxılış sistemi də təkmilləşdirilmişdir. Bunun labüd nəticəsi olaraq mühərrikin gücü 700 at qüvvəsinə, fırlanma anı isə 900 Nm-ə qədər yüksəldilmişdir.  Xatırladaq ki, adi mühərrik 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir.

Atelyedən bildirilən məlumatda kupenin maksimal sürətinin 310 km/saat olduğu deyilir. Bununla belə, avtomobilin digər dinamik xarakteristikaları haqqında heç bir məlumat verilməmişdir.  Kupe, onun klirensi azaltmağa imkan verən KW yaylarını əldə etmişdir. Eyni zamanda, avtomobil kuzov boyu çəkilmiş sarı zolarla, həmçinin öndə 255/30, arxada isə 295/25 ölçülü şinləri olan 21-düymlük təkər diskləri ilə təchiz edilmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt