Tesla Motors şirkətinin rəhbəri İlon Mask Roadster modelinin hazırlanmasında “raket texnologiyalarından” istifadə ediləcəyini bildirib. Bundan başqa, rosdter onu daha yeyin edəcək “xüsusi opsiyalar dəstinə” sahib olacaqdır.

Amerikan elektrokar istehsalçısı Tesla Roadster modelini noyabrın 17-si tarixində təqdim edib. İstehsalçı rodsteri dünyanın ən yeyin seriya avtomobili adlandırıb. Xatırladaq ki, Tesla başçısı Roadster modelinin 100 km/saat sürətini 1,9 saniyəyə topladığını söyləmişdi. Sonradan Mask bu göstəricilərin seriya modelinə aid olduğunu bildirib. Bundan başqa o, avtomobilin işlənib-hazırlanmasında “inqilabi imkanlar yaradan” SpaceX texnologiyasından istifadə ediləcəyini də vurğulayıb. Tam çəkişli Tesla Roadster modeli 10000 Nm fırlanma anı hasil edən üç elektrik mühərriki ilə hərəkətə gəlir. Draq məsafəsini rodster 8,8 saniyəyə qət edir. Onun maksimal sürəti isə 400 km/saatdır.

Roadster modelinin dolu batareyalar ilə 992 kilometr qət edəcəyi bildirilibdir.