Bu gün sosial şəbəkədə Neftçala rayonunda yolsuzluq şəraitində ilişib qalmış Mercedes-AMG G63 6x6 altı təkərli pikapının palçıqda batıb qalmasını əks etdirən fotoşəkillər yayılmışdır. Çox güman ki, bu avtomobil ölkəmizə gəlmiş ərəb turistlərinə məxsus olub.

Batmış bərkgedən Mercedes-AMG G63 6x6 pikapını digər bənzər pikap vasitəsi ilə palçıqdan azad etmək müəssər olub.

Xatırladaq ki, ekstremal Mercedes-AMG G63 6x6 ofroderi 2013-cü ildə təqdim edilmişdir. Məhdud sayda buraxılmış ofroder 544 at qüvvəsi təklif edən 5,5-litrlik iki turbokompressorlu V8 mühərriki və yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilmişdir. Mercedes-AMG G63 6x6 ofroderinin klirensi 460 millimetr təşkil edir ki, bu da ona bir metr dərinliyi olan çay keçidini qət etmək imkanı verir. Dörd ton çəkiyə malik olan ofroder 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 160 km/saatdır. Mercedes-AMG G63 6x6 modeli 100 kilometrə ortalama 18 litr yanacaq sərf edir. Avtomobil ümumi tutumu 159 litr təşkil edən iki yanacaq çəni ilə təchiz edilmişdir. Ofroder dolu çənlərlə 880 kilometr məsafə qət etmək iqtidarındadır.

Mercedes-AMG G63 6x6 modeli 37-düymlük yolsuzluq üçün nəzərdə tutlmuş şinlərlə təchiz edilir.

Image alt Image alt Image alt