Mercedes-Benz şirkəti GLC və GLC Coupe krossoverlərinin “qaynar” modifikasiyaları olan Mercedes-AMG GLC 63 və Mercedes-AMG GLC 63 Coupe modellərini təqdim etmişdir. “Qaynr” krossoverlər 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilirlər. “Quru” karteri olan bənzər mühərrikdən Mercedes-AMG GT sportkarında istifadə edilir.

Krossoverlərin mühərrikləri iki güc variantında təqdim ediləcəkdirlər. Standart olaraq, mühərrikin gücü 476 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edəcəkdir. Daha güclü S variantları isə 510 at qüvvəsi və 700 Nm fırlanma anı olan mühərriklə təchiz ediləcəkdirlər. Hər iki halda, güc aqreqatı 9-pilləli AMG Speedshift MCT ötürmələr qutusu ilə birlikdə çalışacaqdır.

Yerindən 100 km/saat həddinə 476 at qüvvəli Mercedes-AMG GLC 63 krossoveri 4,0 saniyəyə, Mercedes-AMG GLC 63 S variantı isə 3:8 saniyəyə sürətlənəcəkdir. Modelin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Eyni dinamik xarakteristikaları “qaynar” Mercedes-AMG GLC 63 Coupe modelinə də şamil etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Qaynar” krossoverlər Mercedes-AMG E 63 sedanında debüt etmiş 4Matic+ tam çəkiş sistemi ilə təchiz edilirlər. AMG mütəxəssisləri həmçinin avtomobilin çoxkameralı pnevmatik asma sistemini də yenidən işləmişdirlər. 476 at qüvvəli krossoverlər yüksək sürtünməli arxa differensialla təchiz ediləcəkdirlər. Daha güclü variantlar isə elektronika tərəfindən idarə edilən differensiala sahib olacaqdırlar.

Mercedes-AMG GLC 63 modelinin təchizatına 19-düymlük təkər diskləri, dəyişən gücü olan sükan sistemi və 390 millimetrlik havalındırmalı əyləc mexanizmləri daxil edilmişdir. Avtomobillərin S variantları əlavə olaraq 21 düymlük təkər diskləri ilə təchiz edilirlər. “Qaynar” krossoverlərin kütləvi təqdimat mərasimləri bu ay Nyu-Yorkda keçiriləcək avtosalonda baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt