NASA Kennedi kosmik mərkəzində keçirilən sərgidə Mars Rover konseptini təqdim etmişdir. Mars üçün yaradılmış ofroderi fantastik filmlər üçün prototipləri yaradan Parker Brothers Concepts şirkəti yaratmışdır.

Konseptin konstruksiyasında alüminium və kompozit materiallardan geniş istifadə edilmişdir. 2700 kiloqram çəkisi olan konseptin uzunluğu 8,5 metr, eni 4,0 metr, hündürlüyü isə 3,4 metr təşkil edirdi. NASA-nın fikrincə Mars Rover ofroder-kəşfiyyatçı kimi istifadə edilə bilər.

Konseptin əsas kabinasında dörd nəfər yerləşə bilər. Onun arxa hissəsində mobil laboratoriya yerləşdirilmişdir ki, lazım olduqda bu modul ayrılaraq  hər hansı bir nöqtədə yerləşdirilə bilər. Mars Rover altı ədəd 50-düymlük təkərlərlə təchiz edilmişdir ki, bu təkərlər də xüsusi olaraq Mars planetinin qumlarında hərəkət etmək üçün hazırlanmışdır. Konsept 700 voltluq batareyalardan qidalanan elektrik güc qurğusu ilə hərəkətə gəlir.

Batareyaların doldurulması üçün günəş panellərindən istifadə edilir.

Nəzəri olaraq konsept 110 km/saat həddinə qədər sürətlənə bilər. Lakin, Marsda onun iş sürəti 16-24 km/saat təşkil edəcəkdir. Sonradan konsept bir neçə maatifləndirmə sərgilərində də iştirak edəcəkdir.

Image alt Image alt Image alt Image alt