Noble Automotive firmasının rəhbərliyi 2013-cü ildə M600 superkarını rodsterə çevirmək ideyasını ortaya atmışdı. Bu ideya markanın pərəstişkarları tərəfindən yaxşı qəbul edildiyini nəzərə alan britaniyalı istehsalçı rodster üzərində işlərə start verdi. Noble M600 Speedster modelinin ilk prototipi bu il Birmingemdə keçirilən "Autosport İnternational" sərgisində nümayiş etdirilmişdir.

Qudvudda keçirilən "Sürət festivalında" isə, artıq rodsterin seriya variantı nümayiş etdirildi. Zahiri cəhətdən avtomobillər bənzər olsalar da, bir neçə ay ərzində mühəndislər mühərrikin soyudulmasını yaxşılaşdırmaq üçün, avtomobilin arxa hissəsini yednidən işləmişdirlər.

Noble M600 kupesindən alınmış Yamaha Judd V8 4.4 TwinTurbo mühərriki 669 at qüvvəsinə və 819 Nm fırlanma anına malikdirlər. Əslində, bu Volvo S80 avtomobilində quraşdırılan Yamaha mühərrikidir ki, Noble mütəxəssisləri onu iki ədəd Garrett turbokompressoru ilə təchiz etmişdirlər.

Güc aqreqatı standart olaraq, Noble firmasının məhsulu olan və sukanaltı dəstəklər vasitəsi ilə ötümələri həyata keçirən sekvental sürətlər qutusu ilə təchiz edilir, lakin sufarişçinin tələbi ilə, britaniyalılar mexaniki sürətlər qutusunun da quraşdırılması mümkündür.

Rodster kuzovlu avtomobil, kupe modeli kimi, karbonplastikdən hazırlanmış kuzov panelləri bərkidilmiş borulardan ibarət polad karkasda yığılmışdır. Əl ilə çıxarılan tavan üçün isə, avtomobildə yer tapılmamışdır. Nəticədə, avtomobilin sahibi tavanı qarajda saxlamalı olacaqdır. Yağışın olması halında xüsusi yumşaq tentdən istifadə etmək mümkündür.

İstehsalçı avtomobilin dimanik xarakteristikalarını səsləndirməsə də, onların kupe modelində olduğundan fərli olması gözlənilmir. Nomle M600 60 mil/saat (96 km/saat) həddini 3,0 saniyəyə, 120 mil/saat (193 km/saat) həddini isə 8,9 saniyəyə toplayır.M600 kupesinin maksimal sürəti 362 km/saata bərabərdir. Noble Automotive şirkəti M600 Spedsteer üçün 220 min funt-sterlinq tələb etməyi düşünür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt