Opel şirkəti rəsmi olaraq yenilənmiş Opel Zafira minivenini təqdim etmişdir. Yenilənmədən sonra avtomobil tamamilə yeni ön hissəyə malik olmuşdur. Artıq Opel Zafira modelinin dizaynı, keçən il «İlin avtomobili» tituluna layıq görülmüş Astra modelində istifadə edilən dizayn üslubunda hazırlanmışdır. Yenilənmədən sonra miniven işıqdiodlarından hazırlanmış ön fənərləri, yeni radiator barmaqlığını, yeni ön bamperi və əlavə xrom işləmələri əldə etmiştir. Arxa hissədə də bənzər dəyişikliklər vardir - minivem yeni arxa bamper və yenidən işlənmiş arxa fənərlərlə təchiz edilmişdir.

Yenilənmiş Opel Zafira modelinin interyerində də ciddi dəyişiklikləəri görmək mümkündür. Bunlara misal olaraq tamamilə yeni cihzlar panelini və sükan çarxını göstərmək olar. Bundan başqa, avtomobilin bir sıra sistemlərinin idarəetməsini həyata keçirmək üçün istifadə olunan yeddi düymlük sensorlu ekran da quraşdırılmışdır. Əvvəllər bu funksiyaları mərkəsi konsolda yerləşdirilmiş düymələr vasitəsi ilə həyata keçirilirdi.

Miniven həmçinin,Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən, naviqasiya sistemi və yeddi qurğunu birləşdirən Wi-Fi nöqtəsi olan R4.0 İntelliLİnk multimedia sistemi ilə də təchiz edilmişdir. Opel Zafira modelinin təchizat siyahısına velosipedlər üçün bərkitmə sistemi, işıqdiodlarından hazırlanmış adaptiv ön fənərlər, adaptiv kruiz-kontrol sistemi, yol nişanlarını aşkarlayan sistem və mümkün qəzalardan xəbərdarlıq sistemi daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt