Opel şirkəti yeni nəsil Insignia modelinin "qaynar" modifikasiyasını təqdim edib. Adına GSi indeksi əlavə edilmiş avtomobil, bu ilin sentyabrında keçiriləcək Frankfurt avtosalonunda geniş kütlə qarşısında debüt edəcəkdir.

Yeni modifikasiya 260 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gələcəkdir. Güc aqreqatı yeni səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. 

Bununla belə, Opel Insignia GSi modelinin dinamik xarakteristikalarını açıqlamamışdır. Almanlar yalnız yeni modelin sələfindən 160 kiloqram yüngül olduğunu bildiriblər. Xatırladaq ki, əvvəlki Insignia OPC modeli 2,8-litrlik V6 turbomühərriki ilə təchiz edilirdi. 

Həmçinin, Opel şirkəti yeni modelin sələfindən sürətli olduğunu və Nürburqrinq trekini daha yeyin qət etdiyini bildiriblər. Lakin, dəqiq rəqəmlər səsləndirilməyib.

Opel Insignia GSi modelinin təchizat siyahısına fırlanma anını arxa təkərlər arasında bölmə imkanı olan tam öterməli çəkiş sistemi, adaptiv amortizatorlar, qısaldılmış yaylar, 10 millimetr azaldılmış klirens, 20-düymlük təkər diskləri, baqaj qapağına quraşdırılan spoyler və xüsusi olaraq bu model üçün hazırlanmış yeni oturacaqlar daxildir. Bundan başqa, model idarəetmə elektronikasının dörd təyin edilmiş rejiminə sahib olub.

Bunlar  Standart, Tour Sport və xüsusi olaraq GSi modifikasiyası üçün hazırlanmış Competition rejimləridir. Sonuncu rejim sabitləşdirmə rejiminin aktivləşdirmə və söndürülmə düyməsi ilə işə salınır. Bu rejim sürüşmənin daha böyük bucaqlarının olamsına imkan verir və trekşn-kontrolu söndürür. "Qaynar" modelin Almaniyadakı satışlarına oktyabr ayının ortalarında start veriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt