Opel şirkəti yeni nəsil Mokka X krossoverinin sınaqlarına başlayıb. Bu yaxınlarda krossoverin güclü kamuflyaja malik olan prototipləri cəsuslar tərəfindən qış sınaqları zamanı lentə alınıblar.

“Auto Express” nəşrinin ehtimalına görə, yeni krossover PSA Peugeot Citroen konsernin EMP2 modul platformasında inşa ediləcəkdir.  Opel və Vauxhall markaları altında buraxılacaq yığcam ölçülü krossover gələcək Peugeot 2008 krossoveri ilə ümumi platformaya, mühərriklər çeşidinə və təhlükəsizlik texnologiyalarına sahib olacaqdır.

Bu bizə Opel Mokka X krossoverinin 1,2-litrlik üç silindrli mühərriklər ilə təchiz ediləcəyindən xəbər verir. Prototipin kamuflyajı onun xarici görkəmi barədə mülahizə yürütməyə imkan verməsə də, yeni krossoverin dizaynının Opel markasının yeni modellərindən olan Grandland X krossoverinin üslubunda hazırlanacağından şübhə etməmək olar. Yeni avtomobilin interyerində inqilabi deyil, təkamül proseslərinin gedəcyini söyləmək olar.

Modelin  avadanlıq siyahısına Wi-Fi giriş nöqtəsinin, 4G LTE rabitə protokolunun, OnStar konsyerj xidmətinin daxil olacağını da əminliklə söyləmək olar. Mokka X modelinin yeni nəslinin 2019-cu ilin əvvəllərində işıq üzü görəcəyi ehtimal edirli.

Image alt Image alt Image alt Image alt Image alt