Hybrid Kinetic Group şirkətinin sifarişi ilə Pininfarina atelyesinin hazırladığı dəbdəbəli H600 elektrik sedanının seriya istehsalına 202-ci ildə başlanacaqdır. Bu barədə məlumatı Automotive News dərgisinə Hybrid Kinetic şirkətinin idarə heyətinin üzvü Karter Yanq vermişdir.

H600 sedanının qabarit uzunluğu 5200 millimetr, eni - 2000 millimetr, hündürlüyü isə 1494 millimetr təşkil edir.

Avtomobilin çəkisi 1870 kiloqram təşkil edir ki, bu çəki də oxlar arasında 52:48 nisbətində ön oxun xeyrinə bölünmüşdür. Yaradıcılar avtomobil haqqında ətraflı məlumat təqdim etməsələr də, onun ümumi gücü 800 at qüvvəsi olan iki elektromühərriklə hərəkətə gəldiyi məlumdur. Yerindən 100 km/saat həddinə dəbdəbəli sedan 2,9 saniyəyə sürətlənir.

Superbatareyaların qidalanmasına cavabdeh olan HK mikroturbogeneratorlu sistemi Hybrid Kinetic Group hazırlamışdır.

Sedan fərqli xüsusiyyətləri taybatay açılan arxa qapılar, mərkəzi dayağın olmaması, salonun dəri və ağacla tərtibatı, ön və arxa cərgə üçün multimedia sisteminin displeyləri, həmçinin rəqəmsal cihazlar panelidir.

Pininfarina H600 modelinin seriya istehsalı barədə heç bir məlumat verilməmişdir. İtalyan atelyesindən bildirilənlərə görə, konsept «yeni enejidən istifadə edən nəqliyyat vasitələrinin yeni üfüqlərini və sonsuz perspektivlərini» nümayiş etdirir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt