Renault şirkəti "Renault Rusiya" zavodunda daha bir modelin buraxılışını təşkil etməyi düşünür. Bu adı naməlum olan kupe-krossoverdir. Bu barədə xəbəri öz mənbələrinə istinadən "Vedomosti" nəşri yayıb.

Yeni model haqqında heç bir texniki məlumat yoxdur. Kupeşəkilli krossoverin Renault Duster modelinin bazasında inşa ediləcəyi də söylənilir. Ehtimallara görə, yeni modelin kütləvi təqdimat mərasimi avqust ayında Moskvada keçiriləcək avtosalonda baş tutacaqdır.

Nəşrin müsahiblərindən biri modelin istehsalçıya yeni alıcıları cəlb etmək üçün gərək olduğunu bildirib. O, yeni avtomobilin satış həcminin rentabelliyi yaxşı olan Kaptur modelindən geri qalmayacağını da bildirib. 

"Vedomosti" nəşri "Renault Rusiya" zavodunun istehsal gücünün daha bir modeli buraxmağa yetəcəyini də bildirib. Keçən il müəssisədə 82000 avtomobil yığılıbdır. Müəssisənin layihə gücü isə 190000 avtomobildir.