Renault şirkəti yenidən həyata qaytarılmış Alpine markasının gələcək sportkarının yeni tizerini dərc etmişdir. Bu dəfə fransızlar avtomobilin oturacağının fotoşəklini dərc etmişdirlər. Avtomobilin üzərindən sirr pərdəsi mart ayında keçiriləcək cenevrə avtoslonunda qaldırılacaqdır.

Alpine idman avtomobilinin oturacaöı dəri ilə üzlənmiş, güclü yan dəstəklərə və 13,1 kiloqram çəkiyə malikdir.

Bu oturacaqlar Alpine modelinin prototipində quraşdırılmış oturacağa çox bənzəyir. Avtomobilin interyeri barədə başqa məlumat verilməmişdir. Yeni idman avtomobili alüminiumdan hazırlanmış şassi və kuzova malik olacaq, həmçinin 1,8-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Bu güc aqreqatı «qaynar» Renault Clio RS hetçbekinin mühərrikinin bazasında hazırlanacaqdır. 250-300 at qüvvəsi arasında gücə malik olacaq mühərrik 7-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışacaqdır. 

Kupe 100 km/saat sürətinə 4,5 saniyəyə sürətlənəcəkdir.

Keçən ilin sonundan başlayaraq Renault şirkəti modelə öncədən sifarişləri qəbul etməyə başlamışdır.

İlkin olaraq satışa Premiere Edition xüsusi versiyası çıxarılacaqdır ki, bu versiya da 1955 nüsxədə istehsal ediləcəkdir. Avtomobil üçün beh 2000 avro təşkil edir. Şifarişçi kuzovun üç rəngindən birini və arzu etdiyi seriya nömrəsini seçmə bilər.

Alpine idman kupesinin satış qiyməti 55 - 60 min avro arasında olacaqdır.