Rolls-Royce şirkəti Dawn kabrioletinin Black Badge adını almış xüsusi modifikasiyasını təqdim edib. Xüsusi seriyadan olan kabrioletin kütləvi təqdimatı yaxın zamanlarda Qudvudda keçiriləcək Sürət festivalında baş tutacaqdır.

“Qara” seriyadan olan kabriolet 602 at qüvvəsinə və fırlanma anı 840 Nm-ə qədər artırılmış 6,6-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir. Beləliklə, xüsus seriyadan olan kabriolet adi “qardaşlarından” 31 at qüvvəsi və 60 Nm daha güclüdür. 2,5 ton çəkiyə malik olan kabriolet 100 km/saat həddini 4,9 saniyəyə toplayır.

Güclü mühərrik ilə bərabər, "qara" seriya üçün xüsusi olaraq hazırlanmış və tənzimlənən səsi olan buraxılış sistemi də təchiz edilir. Salondakı “Low” düyməsinə basdıqdan sonra avtomobil buraxılış sisteminin səsi aşağı tona keçir və şirkətdən bildirildiyi kimi, avtomobil ətrafa “hədə-qorxu ilə dolu bas-bariytonla” dolu olan səsi yayır.

Kabriolet  yenıdən tənzimlənmiş səkkiz pilləli “avtomata”, daha həssas akselerator pedalına, aktiv idarəetmə üçün tənzimlənmiş asqıya və sükana, həmçinin gücləndirilmiş əyləclərə  sahib olmuşdur. Avtomobilin eksteryeri tamamilə qara rəngdədir. Kuzova bur neçə qat boya və lak vurulmuşdur ki, onların cilalanması da əllə aparılır.

Əldə edilən rəngi şirkət “ bu günə qədər avtomobil sənayesində istifadə edilmiş ən dərin, tünd və dolğun qara rəng” kimi təsvir etmişdirlər.

Bundan əvvəl, Black Badge variantına Rolls-Royce Ghost və Wraith modelləri sahib olmuşdurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt