Rolls-Royce şirkəti səkkizinci nəsil Phantom sedanının yni tizerini dərc edib. Bu tizerdə yeni limuzinin ön fənəri təsvir edilibdir. Bundan başqa, britaniyalı istehsalçı yeni modelin təqdimat mərasiminin 27 iyul Britaniya vaxtı ilə 21:00 təqdim ediləcəyini bildiribdir.

Yeni limuzin The Great Eight Phantoms tədbiri çərçivəsində təqdim ediləcəkdir. Bu tədbirdə Phantom modelinin II Yelizavetaya məxsus olan altıncı nəsli, İsmailli təriqətinin imamı III Ağa xanın sahib olduğu dördüncü nəsli və yeddinci nəslinin ilk nüsxəsi də nümayiş etdiriləcəkdir. 

Bir neçə gün bundan öncə, yeni avtomobilin zahiri görkəmini açıqlayan təsvirlər Çin KİV-ləri tərəfindən dərc edilmişdi. Dərc edilmiş təsvirlərdən dəbdəbəli sedanın yeni nəsilinin tamamilə yenilənmiş ön hissəyə malik olacağı görünür.

Sedan yeni radiator barmaqlığına, ön bamperə və işıq texnikasına sahib olacaqdır. Bundan başqa, sedanın interyerinin də təsvirləri də dərc edilibdir. Burada yeni skan çarxını, mərkəzi konsolu və digər cihazlar panelini görmək mümkündür. Eyni zamanda, ənənəyə sadiq olaraq Phantom modeli müxaniki saatla təchiz ediləcəkdir.

CarNewsChina.com  saytı bu təsvirlərin təqdim olunmamış modelin konfiquratorundan götürüldüyünü iddia edir. Həmçinin WorldScoop saytının forumunun Quirky kod adlı istifadəçisi bu təsvirlərin yeni nəsil Phantom modelinin kitabçasında olduğunu da bildirib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt