Bu günlərdə fəaliyyətini bərpa etmiş TVR şirkəti Griffith adını qeydə almışdır.Autocar dərgisinin ehtimalına görə, bu ad hazırlanan yeni sportkar üçün nəzərdə tutulmuşdur. Xatırldaq ki, bu adı vaxtilə Britaniya markası yarış və seriya avtomobilləri üçün istifadə etmişdir.

Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, yeni avtomobil uzun ön kapota və arxa oxa tərəf çəkilmiş salona malikdir. Bundan başqa, şəkillərdə çoxlu sayda aerodinamik elementləri və əvvəlki markanın modellərində müşahidə etdiyimiz cizgiləri müşahidə etmək olar.

TVR şirkətinin yeni sportkarının hazırlanmasında McLaren F1 superkarının və iStream texnologiyasının yaradıcısı olan Qordon Mürreyin mühəndis firması iştirak edir. Arxadan çəkişli kupe Ford şirkətinin istehsalı olan və Cosworth firmasının təkmilləşdirdiyi quru karterli səkkiz silindirli atmosfer mühərriki ilə təchiz ediləcəkdir.

Xarici kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, TVR Griffith adını alacaq idman kupesi üçün mühərrikin yaradılması işləri məşhur Cosworth fimasına həvalə edilmişdir. Ehtimallara görə, yeni səkkizsilindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır ki, bu da yeni sportkara 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənmək imkanı verəcəkdir.

Avtomobilin buraxılmasının elan edildiyi andan bu günə qədər, istehsalçı tərəfindən yeni sportkar üçün 400 ədəd öncədən sifarişi qəbul edilmişdir. Artıq 250 avtomobilin satıldığı da bildirilmişdir. Avtomobilə növbəyə yazılmaq üçün 5000 funt-sterliq ödəmək gərəkdir. TVR avtomobillərinin sahibləri klubunun üzvü olan şəxslər üçün bu məbləğ 2500 funt-sterlinq təşkil edir.