Nissan şirkəti rəsmi olaraq 370Zki prototipini təqdim edib. Nissan 370Z rodsterinin bazasında yaradılmış avtomobilin ön oxunda xizək, arxa oxunda isə tırtıl quraşdırılıb.

Rodsterin təkərlərini tırtıl və xizək ilə əvəz etmək üçün asqının bərkitmə nöqtələri dəyişdirilmiş, onun kuzovu 76 millimetr hündürə qaldırılmışdır. Bununla belə, avtomobilin əyləc mexanizmləri dəyişdirilməyib.

Nissan 370Zki 3,7-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Mühərrikin gücü 332 at qüvvəsi təşkil edir. Güc aqreqatı yeddi pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Avtomobil, elektrik ötürməsi ilə açılıb-yığılan yumşaq tavanı da qoruyub-saxlayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt