Nissan şirkəti yenilənmiş GT-R sportkarının Nismo atelyesi tərəfindən hazırlanmış «qaynar» variantını təqdim etmişdir. Yenilənmiş Nissan GT-R Nismo superkarının rəsmi təqdimat mərasimi «Nürburqrinqin 24 saatı» marafonu ərəfəsində Almaniyada keçiriləcəkdir. Yeni sportkar V-şəkilli silueti olan, ölçüsü böyüdülmüş radiatoir barmaqlığını əldə etmişdir ki, bu da mühərrikin soyudulmasını daha mükəmməl edir. Bundan başqa, avtomobil gücləndirilmiş kapot, karbondan hazırlanmış yan kandarlar və başqa formalı bamperlər ilə təchiz edilmişdir.

Nissan şirkətinin nümayəndədləri yeni superkarın yapon avtomobilləri  arasında ən yüksək yerə basma qüvvəsinə malik olduğunu iddia edirlər. Bununla yanaşı, sportkarın kuzovunun sərtliyi 2-6 faiz arasında artırılmışdır.  GT-R Nismo avtomobili daha sərt yaylarla, təkmilləşdirilmiş Bilstein adaptiv amortizatorları və gücləndirilmiş köndələn dayanıqlıq stabilizatorları ilə təchiz edilmişdir. Sələfinə nisbətən yeni kupenin idarəetməsi iki faizə qədər yaxşılaşdırılmışdır.

Superkarın mühərriki dəyişilməz qalmışdır. Nissan GT-R Nismo 600 at qüvvəsi və 652 Nm fırlanma anı olan 3,8-litrlik iki turbokompressorlu altı silindirli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı iki muftalı altı pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır. Avtomobilin dinamik xarakteristikaları açıqlanmamışdır.  Əvvəlki Nissan GT-R Nismo superkarı 100 km/saat həddinə 2,5 saniyəyə çatır və 320 km/saat maksimal sürətə malik idi.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt