Seat şirkəti yeni yığcam krossoverini təqdim edib. Seat Arona adılandırılan krossover ölçülərinə görə İbiza modelində cüzi iridir. Arona modeli Hyundai Kona, Kia Stronic və Nissan Juke modelləri ilə rəqabət aparacaqdır.

Krossover MQB A0 modul platformasında hazırlanıb ki, artıq bu paltformadan Seat İbiza və yeni nəsil VW Polo modelinin istehsalında istifadə edilir. Seat Arona modelinin qabarit uzunluğu 4138 millimetr, hündürlüyü isə 1543 millimetr təşkil edir. Bu İbiza modeli ilə müqayisədə yeni krossoverin 79 millimetr uzun və 99 millimetr hündür olduğunu göstərir. Yeni avtomobilin klirensi də İbiza modelinə nisbətən 15 millimetr artıb. 

Arona modelinin oturacaqları da 62 millimetr yüksək yerləşdirlib. Sərnişinlərin başı üzərindəki məkan öndə 37 millimetr, arxada isə 33 millimetr artırılıb.  

Yeni modelin baqaj bölümününhəcmi 400 litr təşkil edir ki, bu da İbiza modelində olduğundan 108 litr və Nissan Juke modelindən isə 46 litr çoxdur.

Seat Arona standart olaraq 95 at qüvvəsi hasil edən 1,0-litrlik üç silindrli benzin mühərriki və beş pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Eyni zamanda, bu aqreqatın robotlaşdırılmış qutu ilə birgə çalışan 115 at qüvvəli variantını da sifariş etmək olar. Seat Arona FR modifikasiyası isə 150 at qüvvəli turbodördlük və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Bundan başqa, krossover 95 və 115 at qüvvəli 1,6-litrlik dizel aqreqatı, həmçinin 90 at qüvvəli qazla işləyən mühərrikə də sahib olub.

Bir sıra bazarlarda Arona avtomatik və ya mexaniki qutularla təchiz edilən 110 at qüvvəli 1,6 MPi atmosfer mühərriki ilə də təklif olunacaqdır.

Krossover üçün geniş miqyasda fərdiləşdirmə imkanları təklif ediləcəkdir. Avtomobilin damı boz,qara, narıncı və yaxud kuzovun rənginə bayana bilər. Ümumilikdə, 68 tərtibat növü mümkündür.

Modelin təchizatına adaptiv kruiz-kontrol, açarsız giriş, avtomatik parklanma sistemi, smartfonların induksion doldurulması, 8-düymlük ekranı olan multimedia sistemi, sabvuferli, altı dinamikli və 300-vattlıq səkkizkanallı gücləndiricisi olan Beats səs sistemi daxildir.

Seat Arona modelinin kütləvi nümayişi sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt