Moskvada işinə başlayan avtosalonda AvtoVAZ şirkəti Lada 4x4 modelinin prototipini nümyaiş etdirib. Lada 4x4 Мшышщт adlandırılan konsept 21-düymlük təkər disklərinə, panoram tavana, həmçinin, sürücü və sərnişin üçün nəzərdə tutulan iki «süzən» rəqəmsal displeyə sahibdir.

Konseptin dizaynı ilk dəfə Lada Vesta modelində debüt etmiş X-üslubunda tərtib edilibdir. Konsept paraql qara radiator barmaqlığına, işıqdiodlarından hazırlanmış ön fənərlərə və kapotda quraşdırılan dönmə işıqlarına sahib olub. Bu element klassik modelin tanınan cizgilərindən biridir.

Vizual olaraq ofrouder üçqapılı görkəmə malik olsa da, əslində arxa hissədə «oizlədilmiş» dəstəkləri olan və hərəkətin əksi istiqamətində açılan kiçik qapılar da mövcuddur. Prototip mərkəzi dayağa malik deyildir ki, bu da sərnişinlərin ikinci cərgəyə keçməsini rahat edir.

Kuzovun sağ ön tərəfində, yanacaq çəninin qapağının əksi istiqamətində 220 voltluq rozetka yerləşdirilibdir. Bu rozetkada istənilən elektrik cihazlarını qidalandırmaq olar. Bu zaman avtomobilin işlək vəziyyətdə olması o qədər də vacib deyildir. Şirkətdən bildirildiyinə görə, Lada 4x4 Vision modeli 4,2 metrlik uzunluğa malik olan platformada inşa edilib.

Klirens, kuzovun giriş və çıxış bucaqları barədə məlumat verilməsə də, istehsalçı bu rəqəmləri «görkəmli» adlandırıb. Prototipin texniki hissəsi barədə də məlumat verilməyib.

Seria modelinin 122 at qüvvəli 1,8-litrlik benzin mühərriki və yeni transmissiya ilə təchiz ediləcəyi söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt