Bu günlərdə Motor1 saytının sərəncamına növbəti nəsil Mercedes-Benz A-Class modelinin cəsus fotoşəkilləri daxil olub. Bu şəkillərdə avtomobil kamuflyajsız təsvir olunub.

Fotoşəkillərdə əks etdirilən avtomobil, yeni modelin krəş-testləri üçün hazırlanmış nüsxəsidir. Buna avtomobilin narıncı rəngə boyanmış kuzovu işarə edir. Alman istehsalçısı yeni model haqqında məlumat verməyib. Yeganə məlum olan, yeni nəsil A-Class modelinin Şanxay avtosalonunda debüt edən Concept A Sedan prototipinin üslubunda dizayna malik olacağıdır.

Mercedes-Benz A-Class ailəsi MFA modul platformasında inşa ediləcəkdir. Modelin mühərrik çeşidinə 1,2- və 1,4-litrlik mühərriklər daxil ediləcəkdir. Bu mühərriklər Renault-Nissan ittifaqı ilə birlikdə hazırlanacaqdır. Bu mühərriklər A-Class ilə yanaşı B-Class modelində və gələcək GLB krossoverində quraşdırılacaqdırlar. Yeni nəsil Mercedes-Benz A-Class modeli gələn il təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt