Novitec tüninq atelyesi «ən əlverişli və rahat» superkar sayılan McLaren 570GT modeli üçün təkmilləşdirmələr proqramını təqdim edib. Tüner avtomobilə aqressiv görkəm və sərt asqı bəxş edərək modelin konsepsiyasını əsaslı şəkildə dəyişmişdir.

İlkin olaraq, Novitec mütəxəssisləri superkar üçün karbondan hazırlanmış aerodinamik kuzov dəstini hazırlayıblar. Bu dəstin tərkibinə ön splitter və arxa antiqanad, həmçinin hava girişlərində və kuzovun yap panellərində quraşdırılan işləmələr daxildir.

Standart olaraq 570GT modeli 570 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 3,8-litrlik V8 mühərriki və yeddi pilləli iki muftalı «robotla» təchiz edilir.

Tünerlərin müdaxiləsindən sonra mühərrikin gücünü salondakı düymə vasitəsi ilə dəyişmək mümkündür.

Üç güc variantında malik olan aqreqatın ən yüksək göstəricisi 646 at qüvvəsi və 692 Nm fırlanma anıdır.

Yerindən 100 km/saat həddinə superkar 3,0 saniyəyə sürətlənir ki, bu da adi modeldə olduğundan 0,4 saniyə yeyindir.

Superkarın maksimal sürəti də 7 km/saat artaraq 335 km/saata bərabər olub. Bundan başqa, kupe hündürlüyü 30 millimetr azaldılmış və daha sərt yaylara malik olan asqıya, inkoneldən hazırlanmış buraxılış sisteminə, öndə 20, arxada isə 21-düymlük təkər disklərinə sahib olmuşdur.

Böyük Britaniyada McLaren 570GT modeli 154 min funt sterlinqdən başlayan qiymətlərlə satılır. Tünerlər xidmətlərinin dəyərini açıqlamayıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt