Bu gün Opel şirkəti Crossland X krossoverin növbəti tizerini dərc etmişdir. Opel Crossland X modeli, əvvəllər də söylənildiyi kimi, PSA Peugeot Citroen konserninin EMP2 platformasında yığılacaqdır. Opel Meriva modelinin əvəz edəcək yeni krossoverin debütü bu həftənin çərşənbə günü baş tutacaqdır.

Yeni dərc edilmiş tizerdə Opel Crossland X modelinin ön tərəfi təsvir edilmişdir. Tizerdən də göründüyü kimi, yeni krossoverin ön tərəfinin dizaynı Opel Mokka X modeli ilə bənzərlik daşıyır. Bununla belə, Opel mütəxəssisləri Crossland X modelinin «bağçalarında tərəvəz yetişdirən və şəhərdə kənd həyatı yaşamaq istəyənlərə, eyni zamanda uşaqları və supermarketlərdə etdiyi alış-verişlər üçün daha geniş məkan arzusunda olanlara ünvanlandığını» bildirmişdirlər. Bu sözlər, yeni Opel Crossland X modelinin ölçülərinin yığcam Mokka X krossoverindən daha iri olacağına və onun başaq bölümünün 365 litrlin üzərində məkan təklif edəcəyinə işarə edir. İstənilən halda bütün yaranmış suallara cavab yanvar ayının 18-də keçiriləcək təqdimatda veriləcəkdir.