Vaxtı ilə Volvo şirkətinin tüninq atelyesi olan Polestar şirkəti artıq ayrıca istehsalçıya çevrilib. Bü gün yeni istehsalçı özünün ilk avtomobilini nümayiş etdirəcəkdir.

Bir müddət bundan öncə, yeni isveç istehsalçısı ilk modelinin pazl şəklində olan tizerlərini dərc etmişdi. Dünən isə, Polestar şirkəti artıq təqdimat öncəsi videoçarxı da dərc edib.  Dərc edilmiş tizer və videoçarxdan yeni Polestar modelinin müasir Volvo avtomobilləri ilə bənzərlik daşıdığı açıq-atdın görünür. Bununla belə, yeni avtomobili hansı kuzova malik olduğu hələ də sir olaraq qalır.

Autocar dərgisi Polestar avtomobilinin Volvo modellərindən tanış olan T8 hibrid güc qurğusu ilə təchiz olunacağını ehtimal edir. Tərkibinə 2,0-litrlik benzin mühərriki və elektromotor daxil olan hybrid qurğu 400 at qüvvəsi və 640 Nm fırlanma anı hasil edir. Eyni zamanda, Polestar firmasının hazırladığı ilk avtomobilin sportkar ola biləcəyi də ehtimal edilir.