Porsche şirkəti Qudvudda keçirilən Sürət festivalında 911 ailəsinin ən ekstremal üzvünü GT RS modelinin yeni nəslini təqdim edib.

Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Güc aqreqatı Turbo S modifikasiyasının 580 at qüvvəli mühərrikinin əsasında yaradılıb. Bununla belə, GT2 RS modelindəki mühərrikində başqa kompressorlardan, təkmilləşdirilmiş soyutma sistemidən və yeddi kiloqram az çəkiyə malik olan titandan hazırlanmış buraxılış sistemindən istifadə edilir. Bundan başa, mühərrik gücü artıran, yanacağın yanma prosesini yaxşılaşdıran və daxil olan havanın temperaturunu azaldan daxilolma kollektoruna su çilənməsi sistemi ilə də təchiz edilir.

Bu sistemin qidalanması üçün avtomobilin ön hissəsində beş litlik su çəni yerləşdirilib ki, bu suyun da Nürburqrinq trekində üç yeyin dövrəyə kifayət edəcəyi bildirilib.

Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir ki, bu da Turbo S variantında olduğundan 0,1 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 340 km/saatdır. Superkarın qanadları, baqaj bölümünün qapağı, güzgülərin gövdələri, təkər taölarındakı havalandırma dəlikləri və arxa hava girişləri karbondan, damı isə maqneziumdan hazırlanıb. Bununla belə, superkar 1470 kiloqram çəkiyə malikdir ki, bu da yeni modelin  sələfindən 100 kiloqram ağır olduğunu bildirir.

Porsche 911 GT2 RS modelinin çəkisini 30 kiloqram yüngülləşdirmək üçün Weissach opsional dəstini sifariş etmək gərəkdir. Bu dəst karbondan hazırlanmış damın, stabilizatorların, həmçinin ön və arxa asqının birləşmə qollarının quraşdırılmasını nəzərdə tutur. Bu dəstə həmçinin maqneziumdan təkər diskləri və salonun arxa hissəsində oturacaqların əvəzinə quraşdırılmış təhlukəsizlik yarımkarkası daxildir. Dəstin qiyməti 30000 ABŞ dolları təşkil edir.

Əlavə olaraq, superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə etmişdir. Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.

Opsional Chrono dəsti sifariş edən avtomobil sahibləri ləptriqqeri də əldə edəcəkdirlər. Bu avadanlıq start-finiş xəttinin yanında quraşdırılır və xüsusi əlavə vasitəsi ilə dəqiq dövrə qət etmə zamanını ölçür. Bundan başqa, alıcılar Porsche Design bölməsinin məhsulu olan mexanizmlə təchiz edilmiş eksklyuziv qol saatını da sifariş edə bilərlər. Xronoqraf titandan gövdəyə, karbon siferblata, 911 GT2 RS modelinin diskini xatırladan volframdan hazırlanmış qurma rotoruna sahibdir. Onun qiyməti 9450 avro təşkil edir.

Yeni modelin satış qiyməti 285220 avrodan başlayacaq. Əvvəllər avtomobilin 1000 nüsxəlik tirajla buraxılacağı söylənilsə də bu məlumat təsdiqini tapmamışdır. Porsche nümayəndələri GT2 RS modelinin Nürburqrinqin Şimal ilgəyini 7 dəqiqədən az müddətə qət edəcəyinə ümid edirlər. Avtomobilin sələfi buna 7 dəqiqə 18 saniyə sərf etmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt