Porsche şirkətinin ilk elektrokarı olan Mission E modeli üç tam çəkişli modifikasiyada təklif ediləcəkdir. Onlardan ən güclüsü 680 at qüvvəsinə malik olacaqdır. Sonradan modelin arxa çəkişli modifikasiyası da buraxılacaqdır. Bu barədə adının çəkilməsini istəməyən mənbələrinə istinadən Automobile Magazine nəşri yayıb (yəni, atalar demişkən – “biz yalançının yalançısıyıq”).

Porsche Mission E iki və üç motorlu konfiqurasiyalarda təklif ediləcəkdir.

Baza varinatının ümumi gücü 408 at qüvvəsi, orta variantın – 544 at qüvvəsi, top-variantın isə 680 at qüvvəsi olacaqdır. Arxadan çəkişli modifikasiya iki elektromotor variant ilə təklif ediləcəkdir: 326 və 435 at qüvvəsi. Bundan başqa, Misson E modeli üçün iki pilləli transmissiya və elektronika idarə edilən differensial işlənib-hazırlanacaqdır. Elektrokarın ən güclü variant 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir.

Onun gediş ehtiyatı 483 kilometr olacaqdır. Firma yükləmə qurğusu vasitəsi ilə batareyaların 80 faizini 20 dəqiqəyə doldurmaq mümkün olacaqdır. Porsche Mission E modeli Panamera liftbeki ilə bənzər qiymətə satılacaqdır. Elektrokarın satışlarına 2019-cu ildə başlanmalıdır.