Porsche şirkəti Panamera hetçbekinin növbəti nəslinin təqdim ediləcəyi tarixi açıqlamışdır. Yeni Porsche Panamera iyun ayının 28 tarixində Berlin şəhərində nümayiş etdiriləcəkdir. Bir müddət bundan əvvəl, internet məkanında yeni nəsil Porsche Panamera modelinin interyerinin və arxa işıq texnikasının ilk rəsmi fotoşəkili yayımlanmışdır. Bu gün isə, alman istehsalçısı yeni avtomobilin təqdimat tarixini və ilk videotizerini dərc etmişdir.

Həmçinin, yeni Panamera modelinin dərc edilmiş cəsus fotoşəkillərində yeni avtomobilin eksteryerində qaranlıq qalan yeganə məqamın onun üstü örtülmüş ön işıq texnikasının olduğunu göstərmişdir. Avtomobilin qalan cizgiləri açıq-aydın görünməkdərilər. Ehtimalla əsasən, Porsche Panamera modelinin növbəti nəsli tamamilə yeni ön və arxa işıq texnikasına malik olacaqdır. Mütəxəssislərin fikrincə, yeni Panameranın ön fənərləri yeni Cayenne modeli ilə bənzərlik daşıyacaqdır. Arxa işıq texnikasına gədikdə isə, onlar yeni Panameranın arxa fənərlərinin Panamera Sport Turismo konseptinin fənərlərinin formasını əldə edəcəyini söyləyirlər.

Gəzən saiyələ görə, yeni Panameranın əsasını Volkswagen şirkətinin işləyib-hazırladığı MSB platforması təşkil edəcəkdir. Bu platforma sayəsində yeni Panamera cari modeldən 90 kiloqram daha az çəkiyə malik olacaqdır. Artıq məlum olduğu kimi, Panamera «qaynar» Audi SQ7 modelindən alınmış dizel mühərriki ilə də təchiz ediləcəkdir.