Porsche şirkəti qeyri-adi avtomobil yürüşünü təşkil edib. Şirkət 19 ədəd 918 Spyder superhibridini Alp dağlarında toplayıb. Bir neçə gün davam edən tədbirin gedişatını əks etdirən videoçarx istehsalçının YouTube kanalında dərc olunub.

Tədbirin marşrutu Fransanın ərazisində olan və Alp dağlarının ən yüksək hissəində yerləşən məşhur Route des Grandes Alpes yolu ilə hərəkəti nəzərdə tuturdu.

1500 kilometr uzunluğu olan bu yol çaxsaylı döngə və  eniş-yoxuşlardan ibarətdir. Superkarların yürüşü beş gün çəkib.

Məlum olduğu kimi, Porsche 918 Spyder modelinin buraxılışı 918 nüsxə ilə məhdudlaşib. Model 887 at qüvəsi hasil edən güc qurğusu ilə təchiz edilirdi ki, qurğunun tərkibinə səkkiz silindrli mühərrik və iki elektromotor daxil idi. Superhibrid 100 km/saat sürətini 2,8 saniyəyə toplayır və 344 km/saat maksimal sürət həddinə malik idi.por