«Bərkgedən» Renault Clio RS hetçbekinin xüsusi variantı olan 220 Trophy modifikasiyası Nürburqrinq trekində ən tez dövrə vaxtı göstərən kompakt hetçbek titulunu əldə etmişdir. Avtomobil «Şimal halqasını» 8 dəqiqə 23 saniyəyə qət edə bilmişdirr. Rekord göstəricini əldə edən zaman, avtomobilin sükanı arxasında Almaniyanın Sport Auto dərgisinin baş redaktoru Kristian Gerbhard olmuşdur.

Həmin gün, həmçinin, MINI John Cooper Works, Opel Corsa OPC və Audi S1 avtomobilləri də Nürburqrinqdə dövrə vuraraq rekord göstərməyə çalışmışlar. Lakin, onların göstərdikləri vaxt müvafiq olaraq 8 dəqiqə 35 saniyə, 8 dəqiqə 40 saniyə və 8 dəqiqə 41 saniyə olmuşdur.

Xatırlatmaq istərdik ki, bu trekdə B-seqmenti üzrə avtomobillər üçün əvvəlki rekord 8 dəqiqə 59 saniyə olmuşdur. Həmin rekord Sport Auto dərgisinin keçmiş baş redaktoru Horst fon Saurma tərəfindən Renault Clio RS avtomobilində əldə edilmişdir.

Renault Clio RS 220 Trophy bu ilki Cenevrə avtomobil sərgisində təqdim edilmişdir.  Avtomobil 220 at qüvvəli və 260 Nm fırlanma anı olan turbomühərriklə təchiz olunmuşdur. Bu göstərici Clio RS variantından 20 at qüvvəsi və 20 Nm artıqdır. Bundan əlavə, «bərkgedən» hetçbek daha çevik çalışan robotlaşdırılmış sürət qutusu, yeni amortizator və yaylarla, həmçinin  öndən 20 millimetr və arxadan 10 millimetr azaldılmış  klirenslə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt