Renault Kaptur modelinin baza modifikasiyası variatorla təchiz ediləcəkdir. Əvvəllər belə modifikasiyanı yalnız mexaniki ötürmələr qutusu ilə əldə etmək olardı.

Kaptur krossoverinin baza variantı 114 at qüvvəsi hasil edən 1,6-litrlik benzin mühərriki və öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir.

Avtomobilin təchizatına ABS, stabilizasiya sistemi, bortkompyüter, mühərrikin işə salınması düyməsi, kondisioner, ön və arxa şüşəqaldıranları, elektrik ötürməli və qızdırılan güzgülər, USB portu və Bluetooth sistemi olan səs sistemi, həmçinin 16-düymlük yüngül lehimli təkər diskləri daxil edilib.

Rusiya bazarında belə avtomobil 929900 rubla (27700 manata) satılacaqdır. Krossoverin Azərbaycan bazarında təklif ediləcəyi istisna olunmur.