Renault şirkəti Monakoda keçirilən Formula 1 mərhələsi çərçivəsində Clio modelinin ən ekstremal variantı olan Renault Clio RS16 konseptul hetçbekini təqdim etmişdir. Renault komandasının F1 çempionatındakı bolidi ilə eyni indeksi daşıyan avtomobili Monako trekində fransız komandasının pilotu Kevin Mqnussen təqdim etmişdir. Ən güclü Renault Clio modeli beş ay müddətində Renault Sport bölümü tərəfindən hazırlanmışdır. Ektremal hetçbek, iki il bundan əvvəl Nürburqrinqin «Şimal ilgəyində» öndən çəkişli avtomobillər üçün ən yaxşı zamanı göstərmiş Renault Megane RS 275 Tropy-R modelinin mühərriki və soyutma sistemi ilə təchiz edilmişdir.

Renault Clio RS16 hetçbekinin kapotunun altında 275 at qüvvəsi və 360 Nm fırlanma anı olan 2,0-litrlik turbomühərrik yerləşdirilmişdir. Güc qurğusu altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. «Qaynar» hetçbekin dinamik xüsusiyyətləri açıqlanmasa da, Renault Sport nümayədələrinin bildirdiyinə görə, avtomobilin şassisi 300 at qüvvəsini belə «həzm» etmək iqtidarındadır.

Ekstremal Clio genişləndirilmiş təkər izi sayəsində 60 millimetr daha enli olmuşdur. Avtomobil yerə basma gücünü artıran kuzovun yeni elementlərini, tənzimlənən Öhlins amortizatorları olan və Megane RS Trophy-R modelindən alınmış ön alüminium asqını, həmçinin, Clio R3T ralli avtomobilinin güclıəndirilmiş arxa asqısını əldə etmişdir. 

Bundan əlavə, hetçek Akrapovic buraxılış sistemi, 360 millimetrlik diskləri olan Brembo əyləc mexanizmləri və 235/35 ölçülü Michelin Pilot Sport SP2 şinləri geyindirilmiş 19-düymlük təkər diskləri ilə təchiz edilmişdir.

Avtomobilin çəkisini azaltmaq məqsədi ilə arx oturacaqlardan imtina edilmiş və adi akkumulyatorlara nisbətən 15 kiloqram yüngül olan litium-ion akkumulyatoru yerləşdirilmişdir.

«Autocar» dərgisinin əldə etdiyi məlumata əsasən, fransız şirkətinin rəhbərliyi Clio RS15 gələcək taleyi haqqında yay aylarında qərar verməlidir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt