Eurofighter Typhoon qırıcı təyyarəsindən alınmış 135000 at qüvvəli mühərriklə təchiz edilən səsdən sürətli Bloodhound SSC avtomobili ilk sınaq yürüşünü həyata keçirib. Avtomobil Böyük Britaniyanın Kornuoll şəhərinin yaxınlığındakı hava limanının uçuz zolağında 322 km/saat həddinə kimi sürətlənib. Bunun üçün avtomobilə səkkiz saniyə gərək olub.

Bloodhound SSC avtomobilinin sükanı arxasında, ilk dəfə səs sürətini aşan britaniyalı pilot Əndi Qrin olub. İki günlük sınaqlar zamanı mühəndislər avtomobilin sükan sisteminin, asqısının, əyləclərinin və işəsalma sistemlərinin işini yoxlayıb. Sınaqların növbəti mərhələsi, gələn il xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış trekdə keçiriləcəkdir.

Bu trekin Cənubi Afrikadakı Haskin Pan səhrasındakı 18 kilometrlik kəsiyinin olacağı bildirilib. Əgər sınaqlar uğurla başa çatarsa, Əndu Qrin 15 oktyabr 1997-ci ildə Thrust SSC tərəfindən qeydə alınmış sürət rekordunu yeniləməyə cəhd göstərəcəkdir. Cəhd 2019-cu ildə həyata keçiriləcəkdir. Bunun üçün, Bloodhound SSC 1228 km/saat həddini keçməlidir.

2020-ci ildə Bloodhound SSC avtomobilinə əlavə reaktiv mühərriklər quraşdıraraq onu 1609 km/saat həddinə qədər sürətləndirmək planlaşdırılır.

Mühərriklərin dartma qüvvəsi 20 tona bərabər olamalıdır. Hazırda avtomobil reaktiv Rolls-Royce EJ200 mühərriki və hibrid raket aqreqatı ilə təchiz edilib. Üstəlik, avtomobilin yanacaq nasosu rolunu Jaguar F-Type R modelinin 550 at qüvvəli V8 mühərriki ifa edir. Bir müddət bundan öncə, Çinin Geely şirkətinin bu layihənin yeni maliyyə və texniki tərəfdaşı olduğu da bildirilib. Qeyd etmək lazımdır ki, layihənin baş sponsoru Castrol şirkətidir.

Bu şirkət 1922-ci ildən belə sınaqlarda iştirak edir. Layihənin büdcəsi 40 milyon dollardır.

Image alt Image alt Image alt Image alt Image alt