Sinaqapurun hakimiyyəti müvəqqəti olaraq şəhər-dövlətin avtomobil parkını məhdudlaşdırmaq qərarına gəlib. 2018-ci ilin fevralından yerli əhali avtomobili qeydiyyatdan keçirmək şansından məhrum olacaqdır. Bu barədə Sinqapurun Yerüstü nəqliyyat idarəsinin saytında məlumat verilib.

Avtoparkın məhdudlaşdırılması, avtomobil və motosikllərin illik artımını tənzimləyən əmsalından imtina edilməsi hesabına aparılacaqdır. Hazırda bu əmsal ildə 0,25% bərabərdir ki, fevral ayından onu 0 qədər azaldacaqdırlar. İdarədən əmsalın təkrar müzakirə edilməsi məsələsinə 2020-ci ildə baxılacağını bildiriblər. Bununla belə, sinqapulu iş adamları yüngül kommersiya avtomobiilərinin qeydiyyata alınmasını 2021-ci ilin birinci rübünə qədər həyata keçirə bilərlər. Sinqapurda avtomobil almaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə almaq gərəkdir.

Bu icazə avtomobili şəhər-dövlətdə 10 il müddətinə qeydiyyata almağa imkan verir. Bu müddət başa çatdıqdan sonra icazə uzadılmalıdır. Hətta, icazənin verilməsi lotoreya yolu ilə də aparılır. Məhz bu sənədlərin verilməsinin dayandırılması avtoparkın genişlənməsinin qarşısını alacaqdır.

Bundan başqa, Sinqapurda avtomobiilərə yüksək vergilər tətbiq edilir. Məsələn, 75 min dollarıq avtomobil Sinqapurda 107 minə başa gələcəkdir.