Şkoda şirkəti bir neçə gündən sonra işinə başlayacaq Şanxay avtosalonunda debüt edəcək Vision E konseptual avtomobilinin dizayn-sketçlərini dərc etmişdir. Dərc edilmiş təsvirlərdə konsept avtomobilinin yerində dönən kresloları olan interyeri göstərilir.

Şkoda Vision E konseptinin oturacaqları qapılar açılan zaman 20 dərəcəlik dönmə qabiliyyətinə malikdirlər. Bu avtomobilə daxil olmanı və ya enmə prosesini asanlaşdırmalıdır. Qapılar bağlanan zaman isə, oturacaqlar adi vəziyyəti alırlar. Bundan başqa,  konsept beş displeylə təchiz ediləcəkdir. Bunlar - rəqəmsal cihazlar paneli, ön sərnişinlər üçün simmetrik displey, mərkəzi konsoldakı ekran, həmçinin ön oturacaqların arxa hissəsində quraşdırılmış və arxa oturacaqların sərnişinlərinin istifadəsinə verilmiş displey cütlüyüdür. Prototip, mobil qadjetlərin naqilsiz doldurulması üçün qapı ciblərindəki nöqtələrlə və salon işıqlandırılmasının rənginin dəyişdirilməsi sistemi ilə təchiz edilmişdir.

Şkoda Vision E konsepti kupeşəkilli kuzova malik olan krossoverdir. Konseptual krossover Volkswagen şirkətinin xüsusi olaraq elektromobillər üçün hazırladığı MEB modul platformasında yığılmışdır.