SsangYong şirkəti mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda e-SIV konseptual krossoverini təqdim edəcəkdir. Yeni avtomobil Korando modelinin əvəzləyicisi barədə təsəvvür yaratmaq üçün hazırlanıbdır.

Prototip yeni Rexton modelində olduğu kimi altıbucaqlı radiator barmaqlığına, işıqdiodlarından optikaya və elektrik mühərrikinə sahib olacaqdır. Konseptin mühərriki 190 at qüvvəsinə malikdir. Akkumulyatorlar bloku ona enerji yükləmədən  450 kilometr məsafə qət etmək imkanı yaradacaqdır.

Krossover elektik ötürməsi ilə 150 km/saat həddinə qədər sürətlənir. Yeyin yükləmə sisteminin köməkliyi ilə batareyaların 80 faizini 50 dəqiqəyə doldurmaq mümkündür. SsanYong Korando modelinin əvəzləyicisinin seriya variantının 2019-cu ildə işıq üzü görəcəyi ehtimal olunur.

Image alt Image alt Image alt Image alt Image alt