Porsche şirkəti dünyanın ən iri aviasiya daşıyıcılarından biri olan Air France ilə birlikdə yeni rekorda imza atmışdırlar. Söhbət Ginnesin rekordlar kitabına düşmüş nailiyyətdən gedir.

Dizel mühərriki ilə təchiz edilmiş standart Porsche Cayenne S Diesel ofroderi çəkisi 285 ton olan Airbus A380 laynerini yedəyə alaraq çəkmişdir. Bu nailiyyət standart seriya avtomobilləri üçün tamamilə yeni rekorddur. Alman istehsalçısının nümayəndələri bu rekord cəhdində «tamamilə standart avtomobildən» istifadə edildiyini bildirmişdirlər. Xatırladaq ki, Porsche Cayenne S Diesel modeli 385 at qüvvəsi və 850 Nm fırlanma anı olan 4,2-litrlik dizel mühərriki ilə təchiz edilir. Eyni zamanda, Porsche nümyəndələri avtomobilin standart farkopla təchiz edildiyini bildirmişdirlər. Bununla belə, rekord cəhdi üçün xüsusi bərkitmə qurğusu hazırlanmışdır.

285 tonluq laynerin yedəyəalma prosesi Şarl de Qol adına hava limanında həyata keçirilmişdir. Porsche şirkətindən, sonradan bu nailiyyətin benzin mühərriki ilə təchiz edilmiş Cayenne Turbo S ofroderi tərəfindən də təkrar edildiyini bildirmişdirlər. Hər iki halda uzunluğu beş mentri keçməyən avtomobil 73 metrlik təyyarəni yedəyə alaraq dartmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt