Subaru şirkəti yenilənmiş Outback universalını təqdim etmişdir. Yenilənmiş Subaru Outback modelinin kütləvi təqdimat mərasimi 12 apreldə qapılarını ziyarətçilərin üzünə açacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.

Avtomobildə baş verən əsas dəyişikliklər onun ön hissəsindədir. Yenilənmiş universal başqa radiator barmaqlığına, daha aqressiv dizaynlı bamperə və küləyin səsini azaldan formaya malik olan yan güzgülərə sahib olmuşdur.

Səs izolyasıyasının yaxşılışdırlması məqsədi ilə yeni ön şüşələr və daha qalın arxa təkərlər quraşdırılmışdır. Universalın texniki hissəsində baş vermiş dəyişikliklər təkmilləşdirilmiş asmadan, yeni amortizatorlardan, yenidən tənzimlənmiş sükan sistemindən, pedal həssaslığı artırılmış əyləc sistemindən ibarətdir.

Bundan başqa, “Autbək” yanacaq sərfiyyatını azaltmağa yardım edən radiator barmaqlığının aktiv çəpərinə və variatorun səssiz işləməsinə kömək edəcək yeni zəncirə sahib olmuşdur. 

Subaru Outback modelinin salonunun tərtibatında istifadə edilən materialların kefiyyəti artırılmış, mərkəzi konsol dəyişikliyə məruz qalmışdır. Universal 6,6 və 8,0-düymlük ekranı olan multimedia sistemini də əldə etmişdir. Yenilənmiş universal əvvəlki kimi 175 at qüvvəli 2,5-litrlik oppozit dörd silindrli mühərrik və 265 at qüvvəli 3,6-litrlik V6 mühərriki ilə təklif edilir.

Hər iki güc aqreqatı yeddi “virtual” ötürmələri olan Lineatronic variatoru ilə təchiz edilir. Avtomobil simmetrik tam çəkiş sisteminə və 221 millimetrlik klirensə malikdir.

Yenilənmiş modelin Amerika Birləşmiş Ştatlarındakı satışlarına yay aylarında başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt