Böyük Britaniyanın Həmpton-Kort saray-park kompleksində sentyabr ayında keçiriləcək zəriflik müsabiqəsində dünyada ilk dəfə sürət həddini aşmağa görə cərimələnmiş avtomobil nümayiş etdiriləcəkdir.

Bu cərimə 1896-c ildə Arnold Benz avtomobilinə kəsilmişdir. Cərimə alan avtomobili, Benz avtomobillərini satmaq üçün icazə alan Uolter Arnold idarə edirmiş. Kent yollarının birində o 8 mil/saat (13 km/saat) həddinə qədər sürətlənməyə müvəffəq olmuşdur. O zamanlar şəhər içərisində özügedən minik vasitələri üçün sürət məhdudiyyəti 2 mil/saat (3 km/saat) təşkil edirdi. Bundan əlavə, avtomobilin önündə əlində qırmızı bayraq olan siqnalçının olması gərəkdi.

Qaydapozan minik vasitəsini velosipedlə hərəkət edən polis nəfəri təqib edərək saxlamış və Arnolda bir şillinq məbləğində cərimə yazmışdır.

Bir müddət sonra qırmızı bayraq tələbi aradan qaldırılmış, maksimal icazə verilən sürət həddini isə 14 mil/saata (22 km/saat) qədər artırmışdırlar. Bununla əlaqəli olaraq Böyük Britaniyada Emancipation Run («Azadlıq yürüşü») adlı yarış da təşkil edilmişdir. Yürüş Londondan başlayaraq Braytonda finiş görmüşdür.

Bu yarışda 33 minik vasitəsi iştirak etsə də, finişə onların 17-si çatmışdır. Uolter Arnold da finiş görənlərin arasında olmuş və mahir sürüşə görə qızıl medalla təltif edilmişdir.